Tehran: Suriyada hakimiyyətin formalaşması ancaq xalqın iradəsi ilə mümkündür

Tehran: Suriyada hakimiyyətin formalaşması ancaq xalqın iradəsi ilə mümkündür "Əyər Tehran vaxtında Dəməşqə dəstək verməsəydi Suriyada hakimiyyət çoxdan zəbt olunmuşdu"
Digər ölkələr
6 Dekabr , 2015 10:44
Tehran: Suriyada hakimiyyətin formalaşması ancaq xalqın iradəsi ilə mümkündür

Bakı. 6 dekabr. REPORT.AZ/ İran hesab edir ki, Suriyada hakimiyyətin formalaşması ancaq xalqın iradəsi ilə mümkündür. Bu gün Suriyada fəaliyyət göstərən bütün hakimiyyət institutları tamamiylə qanunidir.

"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Vilayəti qeyd edib ki, əyər Tehran vaxtında Dəməşqə dəstək verməsəydi Suriyada hakimiyyət çoxdan zəbt olunmuşdu.

Onun sözlərinə görə, "artıq digər ölkələr də" Əsəd rejiminə dəstək verməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi