Bakı. 16 fevral. REPORT.AZ/ Tayvanda 4 bal gücündə zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Tayvanın Mərkəzi Meteoroloji Bürosuna istinadən xəbər yayıb.
Məlumata görə, yeraltı təkanlar adanın cənub-qərbində, yerli vaxtla saat 07:28-də, Çzyai şəhərindən 27,1 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.