Тailandın ən böyük məbədində rahiblərlə polislər arasında qarşıdurma baş verib

Тailandın ən böyük məbədində rahiblərlə polislər arasında qarşıdurma baş verib Rahiblər və dindarlar məbədin keçmiş keşişinin 30 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham edilərək həbs olunmasına etiraz edirlər
Digər ölkələr
20 Fevral , 2017 12:36
Тailandın ən böyük məbədində rahiblərlə polislər arasında qarşıdurma baş verib

Bakı. 20 fevral. REPORT.AZ/ Тailandın ən böyük məbəd kompleksi olan Vat Phra Dhammakayada rahiblərlərlə Bankoq polisi arasında qarşıdurma baş verib. 

"Report" "Bangkok Post"a istinadən xəbər verir ki, nəticədə iki polis əməkdaşı, 3 rahib və yaşlı qadın yüngül xəsarət alıblar.

Bankoq polisi rahib və dindarların etiraz aksiyası keçirdiyi məbəd kompleksinin ərazisində əməliyyat keçirib. Aksiya iştirakçıları məbədin keçmiş keşişinin 30 milyon dollardan çox vəsaiti mənimsəməkdə və meditasiya üçün evlərin tikilməsi məqsədilə qanunsuz yolla torpaq ərazisi əldə etməkdə ittiham edilərək həbs olunmasına etiraz edirlər. Baş keşişin özü və onun tərəfdarları bütün ittihamları rədd edir və təqiblərin siyası motiv daşıdığını bildirirlər.

Vat Phra Dhammakaya məbədinin keçmiş baş keşişinin minlərlə tərəfdarı polisin qurduğu barrikadaları yararaq məbədi əhatəyə alıblar.

Yerli hökumət nümayəndələri insanların yerli vaxtla saat 3-dək məbədi boşaltmalı olduğunu və polisə axtarış işlərini davam etdirməyə mane olmamağı elan edib. Əks halda, onları bir il müddətinə həbs və ya cərimə gözləyir.

Son xəbərlər

Orphus sistemi