Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub

Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub Tanzaniyanın şimalındakı Manyara regionunda uzun sürən quraqlıq səbəbindən 62 mindən çox heyvan tələf olub.
Digər ölkələr
14 Yanvar , 2022 23:54
Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub

Tanzaniyanın şimalındakı Manyara regionunda uzun sürən quraqlıq səbəbindən 62 mindən çox heyvan tələf olub.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Şimanjiro dairə şurasının sədr müavini Sendeu Layzerin sözlərinə görə, uzun sürən quraqlığın qurbanı 62 585 heyvan, o cümlədən iribuynuzlu mal-qara, qoyun və keçilər olub.

Layzer vurğulayıb ki, quraqlıq heyvandarları nisbi su və otlaq üçün ot ehtiyatı olan ərazilərə köçməyə məcbur edir.

Son xəbərlər

Orphus sistemi