Yuxarı

Tanzaniyada baş vermiş zəlzələ nəticəsində 13 nəfər ölüb, 203 nəfər xəsarət alıb - YENİLƏNİB

Yaralılar xəstəxanalara yerləşdirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Tanzaniyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "France Press" xəbər yayıb.

Məlumatda bildirilir ki, təbii fəlakət zamanı zamanı 203 nəfər xəsarət alıb. 

Qeyd edək ki, dünən Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

Zəlzələnin episentri Nsunq yaşayış məntəqəsinin 23 kilometrliyində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

***

Tanzaniyada baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb. 

"Report"un məlumatına görə, bu barədə "France Press" agentliyi xəbər yayıb.

Məlumata görə, təbii fəlakət zamanı 100 nəfər xəsarət alıb. 

"On bir nəfərin ölümü və 100 nəfərin xəsarət alması haqda təəssüflə xəbər veririk. Yaralıların çoxu xəstəxanalara yerləşdirilib.  Xilasetmə işləri aparılır" - deyə polisin yaydığı məlumatda bildirilir. 


***18:50

Tanzaniyada 5,7 bal gücündə zəlzələ olub.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

Zəlzələnin episentri Nsunq yaşayış məntəqəsinin 23 kilometrliyində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barəsində məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi