"Taliblər” Pəncşirə hücum zamanı ağır itkilər verərək geri çəkiliblər

"Taliblər” Pəncşirə hücum zamanı ağır itkilər verərək geri çəkiliblər Əfqanıstanda “Taliban” silahlıları ötən gecə iki istiqamətdə Pəncşir vadisinə hücum edib.
Digər ölkələr
31 Avqust , 2021 08:53
Taliblər” Pəncşirə hücum zamanı ağır itkilər verərək geri çəkiliblər

Əfqanıstanda “Taliban” silahlıları ötən gecə iki istiqamətdə Pəncşir vadisinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə “taliblər” əleyhinə milli müqavimət cəbhəsinə istinadən yerli KİV bildirib.

"Taliblər iki istiqamətdə - Baqlan əyalətində Andarob vadisi, həmçinin Cabal-üs-Sirac şəhəri istiqamətində ön cəbhə postlarına hücüm etdilər. “Taliblər”in hücumu xüsusi çətinlik olmadan dəf edilib", - mənbə bildirib.

Onun sözlərinə görə, “taliblər” Andarob istiqamətində 85 nəfər itki veriblər, həmçinin 108 nəfər yaralanıb. Cabal-üs-Sirac istiqamətində döyüşlərdə isə “Taliban”ın 12 silahlısı öldürülüb, 26 nəfər yaralanıb.

Mənbə qeyd edib ki, Pəncirin müdafiəçiləri arasında da yaralılar var.

“Taliblər” hələlik xəbəri şərh etməyiblər.

Son xəbərlər

Orphus sistemi