“Taliblər” Pəncşirdə mərkəzi rayonu tutub

“Taliblər” Pəncşirdə mərkəzi rayonu tutub Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzində yerləşən Annaba rayonunu tutublar.
Digər ölkələr
4 Sentyabr , 2021 21:28
“Taliblər” Pəncşirdə mərkəzi rayonu tutub

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzində yerləşən Annaba rayonunu tutublar.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın Ashwaka bildirib.

Həmçinin qeyd edilir ki, döyüş əyalət qubernatorunun sarayının binası ərazisində aparılıb.

Daha əvvəl radikalların nümayəndəsi Bilal Kərimi tvitterdəki səhifəsində “Taliban”ın artıq Pəncşirin Hinc, Annaba, Şotol və Paryan rayonlarına nəzarət etdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi