“Taliban” orduda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir

“Taliban” orduda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir “Taliban” Əfqanıstan ordusunda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir.
Digər ölkələr
31 Mart , 2023 02:17
“Taliban” orduda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir

“Taliban” Əfqanıstan ordusunda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir.

"Report" bu ölkənin Milli Radio və Televiziyasına istinadən xəbər verir ki, bunu Əfqanıstan Silahlı Qüvvələrin baş qərargah rəisi Kari Fəsihəddin Fitrət deyib.

“Biz gələn il orduda əsgər sayını 150 mindən 170 minə, tədricən isə 200 min nəfərə çatdırmaq qərarına gəldik”, - baş qərargah rəisi bildirib.

Ordu rəsmisi, həmçinin ABŞ-ı ölkənin hava məkanını dəfələrlə pozduğuna görə tənqid edib.

Hazırda “Taliban” ordusunda əsgər sayı təxminən 150 min nəfərdir. Ordunun arsenalı 2021-ci ildə “Taliban” tərəfindən ələ keçirilən Əfqanıstan Milli Ordusunun texnikasından ibarətdir ki, bu da ABŞ tərəfindən Kabilə verilib.

Son xəbərlər

Orphus sistemi