"Taliban" gələn ilə qədər qızlar üçün məktəbləri açmağı planlaşdırır
Digər ölkələr
- 27 noyabr, 2021
- 14:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Taliban" 2022-ci ildə Əfqanıstanda qızlar üçün məktəbləri açacağını vəd edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Taliban" hökumətinin baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Argin ilə görüşündə deyib.
"Yeni təhsil planı başa çatdıqdan sonra gələn il bütün ölkə üzrə qızlar üçün məktəblər açılacaq", - hökumət rəsmisi deyib.
Kəbirin sözlərinə görə, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif qurumlarda, əksər əyalətlərdəki məktəblərdə çalışırlar.
"Taliban" nümayəndəsi qeyd edib ki, Əfqanıstanın Türkiyə başda olmaqla bütün ölkələrin dəstəyinə və əməkdaşlığına ehtiyacı var.
Son xəbərlər
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol