Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib
Digər ölkələr
- 12 aprel, 2025
- 08:26
Tailandda sahildən təxminən 25 km məsafədə dənizdə olan yanan turist gəmisindən 26 nəfər xilas edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.
Hadisə krallığın cənubunda yerləşən Phanqnqa əyalətində baş verib. Gəmidə açıq dənizə dalğıclıq üçün yola çıxan 10 heyət üzvü və 16 turist olub. Alt və orta göyərtələri əhatə edən yanğın baş verdikdən sonra onlar xilasetmə qayığına minib və yaxınlıqdan keçən gəmi tərəfindən xilas ediliblər. Gəmidə olan insanlardan heç biri xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Phanqnqa əyalətində dalğıclıq həvəskarlarını 1984-cü ildə batmış və 20 metr dərinlikdə dənizin dibində olan 60 metrlik “Boon Sung” texniki gəmisi cəlb edir.
Son xəbərlər
07:05
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Energetika06:46
WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilər
Digər ölkələr06:18
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
Region05:59
Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb
Digər ölkələr05:05
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Daxili siyasət04:54
Tramp: Təyyarəqayırma sənayesi müdafiə ehtiyaclarının təminatında çətinlik çəkir
Digər ölkələr04:29
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr04:01