Tailandda onlarla insan avtobusda diri-diri yanıb

Tailandda onlarla insan avtobusda diri-diri yanıb Bakı. 30 mart. REPORT.AZ/ Myanmadan olan 20 muzdlu işçi Tailandda ikimərtəbəli, 50 nəfərlik avtobusun naməlum səbəbdən yanması nəticəsində ölüb.
Digər ölkələr
30 Mart , 2018 07:26
Tailandda onlarla insan avtobusda diri-diri yanıb

Bakı. 30 mart. REPORT.AZ/ Myanmadan olan 20 muzdlu işçi Tailandda ikimərtəbəli, 50 nəfərlik avtobusun naməlum səbəbdən yanması nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə "Nation" qəzetinin internet versiyası məlumat yayıb.

Məlumata görə, hadisə Taki vilayətində, şosedə baş verib. 47 miqrantı daşıyan avtobus gözlənilmədən içəridən alışıb.

Sağ qalan şahidlərin sözlərinə görə, alışma salonun ortasında başlayıb və anidən avtobusun arxa hissəsinə yayılıb.

Sürücü avtobusu saxlamağa nail olub və bundan sonra 24 sərnişin o özü, həyat yoldaşı və növbətçi sürücü avtobusu tərk ediblər. Lakin atvobusun arxa hissəsindəki 20 sərnişin diri-diri yanaraq ölüb.

Məlumata görə, yanğınsöndürənlər sürücünün çağırışı ilə alovu tez söndürüblər. Lakin içəridə qalan insanların həyatını xilas də bilməyiblər. Yanğınsöndürənlər və polis hadisənin təhqiqatını aparır. 

Son xəbərlər

Orphus sistemi