Yuxarı
    Bağlamaq

    Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb

    Hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb

    Bakı. 9 may. REPORT.AZ/ Tailandda baş vermiş partlayışlarda 50 nəfər xəsarət alıb.

    "Report"un məlumatına görə, bu barədə "The Sun" xəbər verib.

    Xəbərdə bildirilir ki, hadisə Pattani vilayətində, ticarət mərkəzində qeydə alınıb. Belə ki, ilk partlayış univermağın girişinin yaxınlığında baş verib. İnsanlar ticarət mərkəzindən qaçdıqda ikinci partlayış törədilib.

    Məlumata görə, naməlum şəxslər ticarət mərkəzinin qarşısında dayanıblar. Bundan sonra mağazaya partlayıcı maddə atıblar. 

    Regional polisin rəhbəri Ronnasilp Pxusar isə bildirib ki, partlayışlar avtomobilə yerləşdirilmiş bomba vasitəsilə törədilib. O, hələlik hadisənin təfərrüatı barədə məlumatsız olduğunu əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi