Tailand Kamboca ilə sərhədi bağlayır
Digər ölkələr
- 24 iyun, 2025
- 10:54
Tailand Kamboca ilə sərhədi müvəqqəti olaraq bağlayıb.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, may ayının sonunda baş verən silahlı toqquşma nəticəsində Kamboca hərbçisi həlak olub.
Bu hadisə dövlətlər arasında münasibətlərin pisləşməsi üçün başlanğıc nöqtəsi olub. Cavab olaraq Kamboca Tailand yanacağı və qazının idxalını dayandırıb.
Tailand hərbçilərinin bəyanatına əsasən, məhdudiyyət Kamboca ilə həmsərhəd olan yeddi əyalətdəki bütün sərhəd-keçid məntəqələrinə aiddir. İstisnalar yalnız humanitar məqsədlər üçün və təcili hallarda nəzərdə tutulub.
"Məhdudiyyətlər cari təhlükəsizlik vəziyyətinə, xüsusilə həm siyasi, həm də hərbi və diplomatik aspektlərdə kəskinləşən münaqişəyə uyğundur", - bəyanatda deyilir.
Gülnar Mahmudova
Son xəbərlər
23:51
Tramp ABŞ-də Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb
Digər ölkələr23:42
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur23:34
Foto
Tovuzda zəncirvari qəza zamanı bir nəfər ölüb
Hadisə23:24
"Oasis"in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb
Digər ölkələr23:01
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir
Digər ölkələr22:44
Ceffri Hinton: Güclü süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər
İKT22:25
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib
Region22:19
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar
Futbol22:04