Yuxarı

​Tacikistanda anti-terror təlimlərinə start verilib

Təlimlərdə 30 mindən çox insan iştirak edir

Bakı. 18 Avqust. REPORT.AZ/ Tacikistanın Soqda qarnizonunun dördgünlük əməliyyat-tiktiki və anti-terror təlimlərinə start verilib. Təlimlərdə 30 mindən çox insan iştirak edir.

"Report" "News.tj" saytına istinadən xəbər verir ki, təlimlərə güc strukturları, ehtiyatda olan hərbçilər, həmçinin Soqda şəhər və rayonlarının bütün komandir və hərbi komissarları cəlb olunub.

Respublikanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Faridun Mahmadaliyevin sözlərinə görə, "Çorukdaron" və "Nurafşon" poliqonlarında aviasiya, artilleriya və zirehli texnikanın iştirakı ilə keçirilən təlimlərdə güc strukturları və ehtiyatda olan hərbçilərin anti-terror əməliyyatlarının həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, Tacikistan milli ordusunun ehtiyat hərbçilərinin səfərbər edilməsi kimi məsələlərdə fəaliyyət uyğunluğu işlənib hazırlanacaq.

Təlimlərə Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, respublika müdafiə nazirinin birinci müavini general-mayor Zərif Şərifzodə rəhbərlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi