Suriyanın Rakka vilayətində 27 dinc sakin qətlə yetirilib

Digər ölkələr
  • 06 yanvar, 2020
  • 22:05
Suriyanın Rakka vilayətində 27 dinc sakin qətlə yetirilib

Suriyanın Rakka əyalətində 27 dinc sakin öldürülüb. 

“Report”un məlumatına görə, bu barədə Deyr-ez-Zor əyalətindəki yerli mənbələr "Anadolu" agentliyinə bildirib.

Kütləvi qətllər Rakkanın cənubundakı Madan və Sapha rayonlarında törədilib.

Mənbələrin məlumatına görə, 27 çoban bıçaqlardan və güllə yaralarından həlak olub, 10-dan çox insan naməlum şəraitdə itkin düşüb.

Yerli hüquq müdafiəçiləri öldürülmüş dinc sakinlərin adlarının siyahısını yayıblar.