Suriyanın paytaxtı atəşə tutulub, xəsarət alanlar var

Suriyanın paytaxtı atəşə tutulub, xəsarət alanlar var Bakı. 15 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərinin yaşayış məntəqəsi silahlılar tərəfindən atəşə tutulub.
Digər ölkələr
15 Fevral , 2018 23:52
Suriyanın paytaxtı atəşə tutulub, xəsarət alanlar var

Bakı. 15 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərinin yaşayış məntəqəsi silahlılar tərəfindən atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə "RT" Suriyada Düşmənçilik edən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, silahlılar Şərqi Quta ərazisinə 10 mərmi atıblar. Atəş nəticəsində 7 dinc sakin yaralanıb.

Sutka ərzində 8 atəş faktı qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi