Suriyanın Deyr ez-Zor vilayətində törədilmiş terror aktı nəticəsində onlarla insan həlak olub - VİDEO

Suriyanın Deyr ez-Zor vilayətində törədilmiş terror aktı nəticəsində onlarla insan həlak olub - VİDEO Hücumu İŞİD terror qruplaşması həyata keçirib
Digər ölkələr
5 Noyabr , 2017 03:25
Suriyanın Deyr ez-Zor vilayətində törədilmiş terror aktı nəticəsində onlarla insan həlak olub - VİDEO
"Reuters"

Bakı. 5 noyabr. REPORT.AZ/ Suriyada İŞİD terror qruplaşmasına məxsus avtomobil partladılıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Suriyanın İnsan Hüquqları üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Deyr ez-Zor ətrafındakı qaçqın düşərgəsində, "Suriya demokratik qüvvələri"nin nəzarəti altında olan ərazidə baş verib. Partlayış nəticəsində onlarla insan həlak olub. 

"SANA" agentliyi isə partlayış nəticəsində onlarla insanın xəsarət aldığını xəbər verib.

Hadisənin İŞİD terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi