Suriyadakı partlayışda 7 Suriya hərbçisi ölüb

Digər ölkələr
  • 08 sentyabr, 2021
  • 21:25
Suriyadakı partlayışda 7 Suriya hərbçisi ölüb

Suriyanın cənubunda ölümlə nəticələnən partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Deraa əyalətində qeydə alınıb.

Belə ki, yolda bombalı hücum nəticəsində 7 Suriya əsgəri ölüb.

Şahidlərin sözlərinə görə, partlayış Nafiya və Ayn Zəkər kəndlərini birləşdirən yolda olub. Suriya hərbçilərinin olduğu avtomobil hərəkətdə olarkən qurğu işə düşüb və partladılıb.

Hadisə nəticəsinbdə 3 nəfər də yalanıb ki, onlar da dərhal xəstəxanaya yerləşdirilib.