Bakı. 2 sentyabr. REPORT.AZ/ "Cebhat ən-Nusra" radikal qruplaşmasının yaraqlıları Suriyanın ən böyük dəniz limanı olan Lazkiyə şəhərində terror hücumu həyata keçirib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, "Hamam" meydanında minalanmış avtomobil partladılıb.
Terror aktı nəticəsində 7 nəfər ölüb, 45-i yaralanıb.
Çərşənbə axşamı təhlükəsizlik qüvvələri bu şəhərdə minalanmış avtomobilləri aşkar edərək iki terror aktının qarşısını alıb.