Suriyada terror aktında 5 nəfər ölüb, 85 nəfər yaralanıb

Suriyada terror aktında 5 nəfər ölüb, 85 nəfər yaralanıb Suriyada terror aktı törədilib.
Digər ölkələr
20 İyul , 2020 05:49
Suriyada terror aktında 5 nəfər ölüb, 85 nəfər yaralanıb

Suriyada terror aktı törədilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin şimalında, Türkiyə ilə sərhəddə yerləşən Aazaz rayonunda qeydə alınıb. Terrorçular Sidju kəndində minalanmış avtomobili partladıblar. Hadisə nəticəsində 5 dinc sakin həlak olub, daha 85 nəfər yaralanıb.

Hadisə zamanı xəsarət alanlar yerli xəstəxanalara yerləşdirilib, onlardan bəziləri Türkiyəyə göndərilib.

Terror aktının arxasında terrorçu PKK-nın Suriya qanadı olan YPG-nin silahlılarının dayandığı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi