Bakı. 19 fevral. REPORT.AZ/ Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhərində avtomobil partladılıb.
“Report” SANA agentliyinə istinadən xəbər verir ki, terror aktı nəticəsində 5 nəfər ölüb, daha 7-si yaralanıb.
Bir neçə yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.