Suriyada silahlı qarşıdurma olub, ölən və yaralananlar var

Digər ölkələr
  • 28 yanvar, 2019
  • 15:33
Suriyada silahlı qarşıdurma olub, ölən və yaralananlar var

Bakı. 28 yanvar. REPORT.AZ/ Suriyada silahlı qarşıdurma olub. 

“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, atışma İranın dəstəklədiyi Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi “4-cü Fırka” silahlı dəstəsi ilə Bəşşar Əsəd rejiminə bağlı Rusiyanın “Qaplan güclərinin 5-ci birliyi” silhalıları arasında olub. 

Nəticədə çoxlu sayda insan ölüb və yaralanıb.

Bildirilib ki, atışmalar Suriyanın Hama əyalətinin şimalında Şatha, Bredic, Haydarayye, İnnab rayonlarında baş verir.

Atışmaya səbəb İranın bölgədəki təsirini azaltmaqdır.