Bakı. 13 may. REPORT.AZ/ Suriyanın şimalında partlayış törədilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azaz şəhər bələdiyyə şurasının mətbuat xidmətinin rəhbəri Yasir əz-Zaim xəbər verib.
Onun sözlərinə görə, iki avtomobilin partladılması nəticəsində 9 nəfər həlak olub, daha 28 nəfər yaralanıb. Ölənlərdən 3-ü xəstəxana mühafizəçiləridir.
Həmçinin bildirilir ki, hadisə zamanı daha 9 nəfər itkin düşüb.