Suriyada törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb

Suriyada törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
25 Aprel , 2019 04:25
Suriyada törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi bildirib.

Məlumata görə, partlayış nəticəsində azı 18 nəfər həlak olub. Ölənlər arasında 4 uşaq1 qadın da var. Hadisə zamanı habelə 40-a yaxın insan xəsarət alıb.

Ehtimala görə, partladıcı qurğu avtomobilə yerləşdirilib. Qeyd edək ki, Suriyada daxili müharibə 2011-ci ildən davam edir.

Daha əvvəl bildirilirdi ki, Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində 11 mülki şəxs ölüb, 27 mülki şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi