Suriyada minanın partlaması nəticəsində 8 nəfər ölüb

Suriyada minanın partlaması nəticəsində 8 nəfər ölüb Bakı. 10 mart. REPORT.AZ/ Suriyanın Palmir şəhəri yaxınlığında yerləşən Homs əyalətində yaraqlıların basdırdığı minanın partlaması nəticəsində azı 8 dinc sakin ölüb, daha 11 nəfər yaralanıb.
Digər ölkələr
10 Mart , 2019 00:58
Suriyada minanın partlaması nəticəsində 8 nəfər ölüb

Bakı. 10 mart. REPORT.AZ/ Suriyanın Palmir şəhəri yaxınlığında yerləşən Homs əyalətində yaraqlıların basdırdığı minanın partlaması nəticəsində azı 8 dinc sakin ölüb, daha 11 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

"İŞİD terrorçularının Palmir səhrasındakı Arak kəndində basdırdıqları minanın partlaması nəticəsində səkkiz dinc sakin ölüb, daha 11 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.

Daha əvvəl Suriyanın Əl-Malikiyyə yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, daha səkkizi yaralanıb.

Son xəbərlər

Orphus sistemi