Suriyada kimyəvi silahların tətbiqinə dair qətnamə BMT-də müzakirəyə çıxarılır

Suriyada kimyəvi silahların tətbiqinə dair qətnamə BMT-də müzakirəyə çıxarılır Sənəddə qeyd olunur ki, kimyəvi silahdan istifadə edən şəxslər, qruplar və təşkilatlar məsuliyyətə cəlb olunmalıdır
Digər ölkələr
6 avqust 2015 00:08
Suriyada kimyəvi silahların tətbiqinə dair qətnamə BMT-də müzakirəyə çıxarılır

Bakı. 6 avqust. REPORT.AZ/ Suriyada kimyəvi silahın tətbiqinə dair qətnamə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılır.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, sənəd cümə günü səs verməyə qoyulacaq.

ABŞ tərəfindən hazırlanan qətnamə layihəsində qeyd olunur ki, kimyəvi silahdan istifadə edən şəxslər, qruplar və təşkilatlar məsuliyətə cəlb olunmalıdır.

Artıq sənəd Rusiya daxil olmaqla BMT Təhlükəsizlik Şurasının digər üzvləri tərəfindən də müsbət rəy alıb.

Son xəbərlər

Orphus sistemi