Suriyada daha bir helikopter vuruldu

Digər ölkələr
  • 14 fevral, 2020
  • 12:15
Suriyada daha bir helikopter vuruldu

Suriyada Bəşşar Əsədə sadiq qüvvələrə məxsus helikopter vurulub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Suriyanın Hələb şəhərində qeydə alınıb. 

Bildirilib ki, "Mi-17" markalı helikopter zenit-raket kompleksi vasitəsilə vurulub, nəticədə iki nəfər ölüb. 

Xatırladaq ki, bir neçə gün öncə müxalif qüvvələr Serakibdə rejimə məxsus daha bir helikopteri vurmuşdu.

44 filmi