Suriyada bazara top mərmisi düşüb, 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Digər ölkələr
  • 24 aprel, 2018
  • 15:12
Suriyada bazara top mərmisi düşüb, 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməş şəhərinin cənubunda Nəhr-Aişə məhəlləsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Report"un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Dəməşqin Polis İdarəsindəki mənbəyə istinadən SANA məlumat yayıb.

Top mərmisi bazara düşüb.