Suriyada avtobus partladılıb: ölən və yaralananlar var

Suriyada avtobus partladılıb: ölən və yaralananlar var Ölən şəxsin qadın olduğu bildirilir
Digər ölkələr
9 Aprel , 2017 05:27
Suriyada avtobus partladılıb: ölən və yaralananlar var

Bakı. 9 aprel. REPORT.AZ/ Suriyada avtobusa qoyulmuş partlayıcı maddənin işə düşməsi nəticəsində 1 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Suriya televiziyasına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, hadisə Homs vilayətində baş verib. Partlayış nəticəsində daha 25 nəfər yaralanıb.

Avtobusun fəhlələri daşıdığı bildirilir.

Partlayıcı maddə sürücünün oturacağının yanında yerləşdirilib. Ölən şəxsin qadın olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi