Suriyada ABŞ-ın hərbi karvanına hücum olub, 2 hərbçi yaralanıb - YENİLƏNİB - VİDEO

Digər ölkələr
  • 21 yanvar, 2019
  • 12:39
Suriyada ABŞ-ın hərbi karvanına hücum olub, 2 hərbçi yaralanıb - YENİLƏNİB - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ Suriyada ABŞ və terrorçu PKK/PYD-YPG-nin hərbi karvanına hücum nəticəsində 5 nəfər ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hücum nəticəsində 2 amerikalı hərbçi yaralanıb. 

Yaralı hərbçilərdən birinin vəziyəti ağırdır.


*** 15:01

Suriyada ABŞ və terrorçu PKK/PYD-YPG hərbi konvoyuna hücum nəticəsində 5 nəfər ölüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı “France Press” yayıb.

Hadisə Suriyanın əl-Hasake əyalətində, Habur çayı yaxınlığında baş verib. 

Bildirilib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi patrulunun terrorçu PKK/YPG-PYD qruplaşmasnın qurduğu məntəqəyə keçidi zamanı minalanmış avtomobillə hücum olub. 

Partlayış nəticəsində 5 nəfər ölüb, yaralılar da var.

Suriyada ABŞ-ın hərbi karvanına hücum olub, 2 hərbçi yaralanıb - YENİLƏNİB - VİDEO

44 filmi