Bakı. 3 avqust. REPORT.AZ/ Suriya qoşunları xalq könüllülərinin dəstəyi ilə Deyr-əz-Zor şəhərinə yaxınlaşmaqda olan terrorçuların hücumlarının qarşısını alıblar.
"Report" xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Cneyn və Əl-Buqeyliyə yaşayış məntəqələri yaxınlığında gedən döyüşlər zamanı 60-dan yuxarı İŞİD terrorçusu məhv edilib. Həmçinin onların iki tankı, bir zirehli maşını, bir neçə avadanlıq və hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.