Suriyada 11 gün ərzində 86 dinc sakin həlak olub

Suriyada 11 gün ərzində 86 dinc sakin həlak olub Bəşşar Əsədə məxsus hərbi qüvvələrin və Suriyanın şimal-qərbindəki deeskalasiya zonasında Rusiyanın Kosmik Hava Qüvvələrinin zərbələri nəticəsində dekabrın 15-dən 25-dək 86 dinc sakin həlak olub.
Digər ölkələr
28 Dekabr , 2019 07:42
Suriyada 11 gün ərzində 86 dinc sakin həlak olub

Bəşşar Əsədə məxsus hərbi qüvvələrin və Suriyanın şimal-qərbindəki deeskalasiya zonasında Rusiyanın Kosmik Hava Qüvvələrinin zərbələri nəticəsində dekabrın 15-dən 25-dək 86 dinc sakin həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatının məruzəsində deyilir.

Qeyd edilir ki, öldürülənlər arasında 21 uşaq və 18 qadın var.

Təşkilatın məlumatına görə, təkcə Əsəd rejimi ordusu tərəfindən deeskalasiya zonasının atəşə tutulması nəticəsində 42 dinc sakin həlak olub. Öldürülənlərdən 10-u uşaq, 11-i qadındır.

Qeyd edilir ki, həmçinin daha 44 nəfər Rusiyanın Kosmik Hava Qüvvələrinin zərbələrinin qurbanı olublar. Ölənlər arasında 11 uşaq və 7 qadın var.

Son xəbərlər

Orphus sistemi