Yuxarı

​Suriya XİN: Türkiyə Latakiya ətrafını atəşə tutub, yaralananlar var

Dəməşq Ankaradan ölkənin suverenliyinin pozulmasını dayandırmağı tələb edib

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus artilleriya Suriyanın sərhədyanı ərazilərini atəşə tutub. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, zərbələrdən biri liman şəhəri Latakiyanın ətrafına endirilib, bir neçə nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

"Türkiyə hakimiyyəti Latakiya şəhərinin şimal ətrafında yerləşən Atira dağındakı kəndlərə artilleriya atəşini davam etdiriblər. Nəticədə dinc sakinlər arasında zərərçəkənlər olub", - deyə idarədən bildirilib.

Qeyd olunur ki, "Suriya hökuməti bu hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir , həmçinin Türkiyə hökumətindən Suriyanın suverenliyini bu şəkildə pozmaq praktikasından imtina etməyi və beynəlxalq qanunvericilik normalarına riayət etməyi tələb edib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi