​Suriya və İraqda İŞİD-in tərəfində döyüşən 110 fransalı terrorçu öldürülüb

​Suriya və İraqda İŞİD-in tərəfində döyüşən 110 fransalı terrorçu öldürülüb Hazırda döyüşlərdə iştirak edənlərin sayı 1730 nəfərdir
Digər ölkələr
3 İyun , 2015 02:17
​Suriya və İraqda İŞİD-in tərəfində döyüşən 110 fransalı terrorçu öldürülüb

Bakı. 03 İyun. REPORT.AZ/ Suriya və İraqda hökumət qoşunları tərəfindən aparılan əməliyyatlar nəticəsində Fransadan olan ən azı 110 radikal islamçı öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manüel Vals parlamentdə çıxışı zamanı bildirib.

Vals qeyd edib ki, hakimiyyətin göstərdiyi səylərə baxmayaraq terror qruplaşmaları, eləcə də, "İraq-Şam İslam Dövləti"nin (İŞİD) fəaliyyətinə cəlb olunan Fransa vətəndaşlarının sayı sürətlə artır.

Onun sözlərinə görə, əgər ilin əvvəlində söhbət 1000 nəfərdən gedirdisə, bu gün həmin rəqəm artıq 1730-a çatıb.

"Bu göstərici cəmi bir il ərzində iki dəfə artıb", - deyə Vals bildirib.

Son xəbərlər

Orphus sistemi