Yuxarı
    Bağlamaq

    Suriya üzrə növbəti görüşün tarixi məlum olub

    Suriyadakı böhranın nizamlanması üzrə danışıqlar 2016-cı ilin yanvar ayında BMT-nin Cenevrədəki şöbəsində bərpa olunacaq

    Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin himayəsi altında Suriya üzrə danışıqlar yanvarın 22-də Cenevrədə keçiriləcək.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyada müxalifəti təmsil edən Milli Koalisiyanın rəhbərlərindən biri məlumat verib.

    Xatırladaq ki, BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru Maykl Möller ilin yekunlarına dair keçirilən brifinqdə Suriyadakı vəziyyətin nizamlanması üzrə danışıqların 2016-cı ilin yanvar ayında bərpa olunacağını söyləmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi