​Suriya ordusu İŞİD-in növbəti hücumunun qarşısını alıb

​Suriya ordusu İŞİD-in növbəti hücumunun qarşısını alıb Döyüş təyyarələri terrorçuların mövqelərinə zərbələr endirib
Digər ölkələr
15 Oktyabr , 2015 02:18
​Suriya ordusu İŞİD-in növbəti hücumunun qarşısını alıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Suriyanın hökumət qoşunları "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzvlərinin Deyr-əz-Zor əyalətində yerləşən hərbi aerodroma hücumunun qarşısını alıb.

"Report" xəbər verir ki, aviabaza "Qrad" və minaatanlardan atəşə tutulub.

Lakin Suriya hərbi təyyarələri terrorçuların mövqelərinə havadan zərbələr endirib. Nəticədə 25-dən çox terrorçu ölüb, təqribən 100 nəfəri yaralanıb.

Suriya Hərbi Hava Qüvvələrinin Deyr-əz-Zorda yerləşən bazası hökumət qoşunlarının bu bölgədə son istinadgahıdır.

Son xəbərlər

Orphus sistemi