Yuxarı

Suriya ordusu Hələbin daha bir rayonunu azad edib

Hökumət qoşunları və kürd könüllülər rayona iki tərəfdən hücum ediblər

Bakı. 2 oktyabr. REPORT.AZ/ Suriya ordusu və kürd özünümüdafiə qüvvələri Hələb şəhərinin şimal-qərbində birgə uğurlu əməliyyat həyata keçiriblər.

"Report" xəbər verir ki, bu barədə kürd könüllülərə istinadən RİA "Novosti" məlumat yayıb.

Əməliyyat nəticəsində Şkeyf rayonu terrorçulardan azad olunub. Könüllülərin məlumatına görə, hökumət qüvvələri və onlar rayona iki tərəfdən hücuma keçiblər. Hazırda binaların terrorçulardan təmizlənməsi prosesi gedir.

Suriya ordusu Hələbin təqribən yarısına nəzarət edir. Şəhərin şərq hissəsinin terrorçulardan azad edilməsinə sentyabrın 22-də başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi