Suriya ordusu bir gündə 50 yaşayış məntəqəsini azad edib

Suriya ordusu bir gündə 50 yaşayış məntəqəsini azad edib Döyüşlər Hələb, Xama və Latakiya əyalətlərində müşahidə edilir
Digər ölkələr
28 Oktyabr , 2015 00:04
Suriya ordusu bir gündə 50 yaşayış məntəqəsini azad edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Suriya ordusu son bir gün ərzində Hələb əyalətində terrorçuların nəzarətində olan 50 yaşayış məntəqəsini azad edib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, könüllü dəstələrin də köməyinə arxalanan hərbçilər 120 kvadrat kilometr ərazini ələ keçiriblər.

Hücum əməliyatları Xama və Latakiya əyalətlərində də davam edir. Qızğın döyüşlər hazırda əsasən Salma şəhəri ətrafında müşahidə edilir.

Dəməşq rəsmiləri terrorçuların Türkiyədən dəstək aldığını da iddia edir.

Son xəbərlər

Orphus sistemi