Yuxarı
    Bağlamaq

    ​Suriya ordusu 28 yaşayış məntəqəsini azad edib

    Terrorçulardan təmizlənən ərazinin sahəsi 92 kv. km. təşkil edib

    Bakı. 25 yanvar. REPORT.AZ/ Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə 28 yaşayış məntəqəsini azad edib. Üç sutka ərzində Rusiya təyyarələri 169 döyüş uçuşu edib və terrorçuların 484 obyektinə zərbə endirib.

    "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy məlumat verib.

    Onun sözlərinə görə, Rusiyanın uzaq "Tu-22M3" bombardımançıları Deyr-əz-Zor şəhəri ərazisində İŞİD-in mövqelərini uğurla məhv edib. Nəticədə ərəb respublikasının hökumət qoşunları 92 kvadrat kilometr ərazini terrorçulardan təmizləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi