Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb

Digər ölkələr
  • 07 oktyabr, 2018
  • 00:38
Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Suriya müxalifətinin silahlı dəstələrini birləşdirən "Milli azadlıq cəbhəsi" koalisiyası (MAC) Suriyanın şimalında yerləşən İdlib əyalətinin hərbsizləşdirilmiş zonasından ağır texnikanı çıxarmağa başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü AFP agentliyi məlumat yayıb.

"Cəbhə hərbsizləşdirilmiş zonadan ağır hərbi texnikanı çığarmağa başlayıb", - deyə koalisiya nümayəndəsi Naci Mustafa AFP-yə bildirib və koalisiyanın digər silahlarla zonada öz blokpostlarını saxlayacaq.

MAC-yə daxil olan "Feylak əş-Şam" müxalifət qruplaşmasının nümayəndəsi agentliyə bildirib ki, hərbsizləşdirilmiş zonadan buraxıcı qurğular və qumbaraatanlar çıxarılıb.

44 filmi