Suriya İŞİD-ə qarşı hücumları dəstəklədiyini bəyan edib

Suriya İŞİD-ə qarşı hücumları dəstəklədiyini bəyan edib Suriya XİN rəhbəri: "Dəməşq koalisiyanın hərəkətlərindən məmnundur"
Digər ölkələr
30 Sentyabr , 2014 17:24
Suriya İŞİD-ə qarşı hücumları dəstəklədiyini bəyan edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Suriya "İslam Dövləti" qruplaşmasına qarşı hücumları dəstəkləyir". "Report" Associated Press-ə istinadən xəbər verir ki, bu barədə Suriya XİN rəhbəri Valid Muallem bildirib.

Nazir Birləşmiş Ştatları yalnız İŞİD-ə qarşı deyil, həm də digər terror qruplaşmalarının mövqelərinə aviazərbələr endirməyə çağırıb. "Onlar eyni ekstremist ideologiyaya sahibdirlər" - deyə, Muallem qeyd edib. XİN rəhbərinin sözlərinə görə, ABŞ Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən bütün qruplaşmaların mövqelərinə zərbələr endirməlidir. Nazir vurğulayıb ki, Dəməşq koalisiyanın hərəkətlərindən məmnundur.

Qeyd edək ki, sentyabr ayının 23-dən ABŞ beş ərəb ölkəsinin (Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və BƏƏ) dəstəyi ilə Suriyada "İslam Dövləti" qruplaşmasının nəzarətində olan obyektlərə aviazərbələr endirərək əməliyyatlar keçirir.

Son xəbərlər

Orphus sistemi