Bakı. 26 noyabr. REPORT.AZ/ Suriya Prezidenti Bəşşar Əsəd hökumətin tərkibində dəyişiklik edib.
“Report” “Sənə” agentliyinə istinadən xəbər verir ki, daxili işlər naziri vəzifəsinə briqada generalı Məhəmməd Xalid Rəhman gətirilib.
Su ehtiyatları naziri Atif Nəddaf, turizm naziri Məhəmməd Rami Rədvan-Martini, maarif naziri Müvəffəq əl-Əzəb, ali təhsil naziri Bəssam Bəşir İbrahim, ictimai işlər və mənzil tikintisi naziri Süheyl Məhəmməd Abdül Lətif, kommunikasiya və texnologiyalar naziri Əyad Məhəmməd əl-Xatib, sənaye naziri isə Məhəmməd Müinzin əl-Abdin Cizbə təyin olunub.
Bununla yanaşı, dövlət başçısı hökumətin nəzdində Milli Barışıq Komitəsi təsis edərək rəhbərliyinə milli uzlaşma işləri üzrə dövlət naziri Əli Heydəri təyin edib.