Yuxarı
    Bağlamaq

    Suriya höküməti: "Cenevrə danışıqlarının dayandırılmasına müxalifət səbəb olub"

    Müxalifət nümayəndələri dialoq masasını tərk etmək istəyib

    Bakı. 3 fevral. REPORT.AZ/ Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə Cenevrədə keçirilən danışıqların müvəqqəti olaraq dayandırılmasına müxalifət nümayəndələrinin mövqeyi səbəb olub.

    "Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, bu barədə Suriya hökumətinin nümayəndə heyətinin rəhbəri, bu ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib.

    Cəfəri qeyd edib ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura danışıqların iflasa uğramasının qarşısı almaq üçün növbəti görüşü fevralın 25-dək təxirə salınıb.

    "Müxalifət nümayəndələri dialoq masasını tərk etmək istəyib. Mistura da çıxış yolu kimi danışıqları tıxirə salıb", - deyə hökumət nümayəndəsi qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi