Sudanda nümayişlərdə 8 nəfər ölüb

Sudanda nümayişlərdə 8 nəfər ölüb Sudanın şərqindəki Kassala ştatında baş verən etirazlar itkisiz ötüşməyib.
Digər ölkələr
1544
16 Oktyabr , 2020 08:04
Sudanda nümayişlərdə 8 nəfər ölüb

Sudanın şərqindəki Kassala ştatında baş verən etirazlar itkisiz ötüşməyib.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Belə ki, Kassalada etirazçılar ilə hərbçilər arasında toqquşmalar baş verib. Nəticədə hərbçilər də daxil olmaqla səkkiz nəfər həyatını itirib.

Ştatda üç günlük fövqəladə vəziyyət elan edilə bilər.

Qeyd edək ki, etirazlara səbəb Sudanın Baş naziri Abdullah Həmdukun ştatın qubernatoru Saleh Əmmarın vəzifəsindən uzaqlaşdırılması barədə verdiyi son qərarı səbəb olub.

Son xəbərlər

Orphus sistemi