Sudanda daşqınlar onlarla insanın həyatına son qoyub

Sudanda daşqınlar onlarla insanın həyatına son qoyub Sudanda 50-dən çox insan təbii fəlakətin qurbanı olub.
Digər ölkələr
16 Avqust , 2022 04:22
Sudanda daşqınlar onlarla insanın həyatına son qoyub

Sudanda 50-dən çox insan təbii fəlakətin - daşqınların qurbanı olub.

"Report" bu barədə “Euronews.com"a istinadən xəbər verir.

Məlumata görə, mövsümi leysan yağışları daşqınlara səbəb olub, doqquz minə yaxın evi su basıb, xeyli sayda təsərrüfat dağılıb.

Sudanda yağıntı mövsümü iyundan sentyabr ayına qədər davam edir. BMT-nin məlumatına görə, bu il ölkədə 40 minə yaxın insan daşqınlardan zərər çəkib. Ötən il onlarla insan həlak olub, minlərlə bina su altında qalıb.

Son xəbərlər

Orphus sistemi