Sudan ordusu Britaniyanın 100-dən çox vətəndaşını ölkədən buraxmayıb

Sudan ordusu Britaniyanın 100-dən çox vətəndaşını ölkədən buraxmayıb Sudan ordusu Böyük Britaniyanın 100-dən çox vətəndaşını evakuasiya təyyarəsinə minmək üçün Xartumdan keçməsinə icazə verməyib.
Digər ölkələr
30 Aprel , 2023 06:16
Sudan ordusu Britaniyanın 100-dən çox vətəndaşını ölkədən buraxmayıb

Sudan ordusu Böyük Britaniyanın 100-dən çox vətəndaşını evakuasiya təyyarəsinə minmək üçün Xartumdan keçməsinə icazə verməyib.

Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.

Böyük Britaniya 21 reyslə 1888 nəfəri təxliyə edib, lakin 100-dən çox şəxs Sudanda qalıb. Onlar aprelin 29-da yerli vaxtla saat 18:00-da yola düşməli idilər, lakin Sudan ordusu onlara lazım olan marşrutla getməyə icazə verməyib.

Britaniya parlamentinin deputatı Alisiya Kerns bildirib ki, Sudan ordusu vətəndaşların evakuasiya təyyarəsinə minmək üçün Xartumdan keçməsinə mane olur.

Qeyd edək ki, Sudanda təxliyə prosesini həyata keçirən Türkiyənin C-130 təyyarəsinə atəş açılıb. Belə ki, hücum yüngül silahlarla həyata keçirilib. Məlumata görə, şəxsi heyət arasında ölən və yaralanan yoxdur.

Son xəbərlər

Orphus sistemi