Sudan hərbçilərinin çadır düşərgəsinin dağıtması zamanı ölənlərin sayı artıb.
Bu barədə "Report"
Bildirilir ki, Nil çayından daha 40 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 100-ə çatıb.
Müxalif Həkimlər Komitəsinin agentliyə verdiyi məlumata görə, hadisə zamanı daha 326 nəfər xəsarət alıb. Qeyd edək ki, toqquşmalar bazar ertəsi baş verib. Sudan ordusunun hərbçiləri Xartumun mərkəzində, Müdafiə Nazirliyi binasının qarşısındakı kompleksdə qurulmuş çadır düşərgəsini dağıdıb. Qeyd edilir ki, əməliyyat zamanı odlu silahlardan istifadə edilib.
Təhlükəsizlik qüvvələri Xartumun bütün mərkəzi küçələrini və meydanlara çıxışları bağlayıblar.
Daha əvvəl əməliyyat zamanı 60 nəfərin həlak olduğu bildirilirdi.