Stoltenberq: "NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır"

Stoltenberq: "NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır" "NATO ölkələri Pxenyana təzyiq göstərməlidir"
Digər ölkələr
29 Oktyabr , 2017 11:10
Stoltenberq: NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır

Bakı. 29 oktyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın raket silahlarının yaratdığı mümkün təhlükəni şərh edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, NATO ölkələrinin də təhlükə altında olduğunu deyib.

"NATO ölkələri də təhlükə altındadır. NATO əks-zərbə vurmaq imkanlarına və qətiyyətinə malikdir", — deyə Stoltenberq bildirib.

Alyansın baş katibi qeyd edib ki, KXDR-ə təzyiq vasitələrini unutmaq olmaz. O, xüsusilə, Şimali Koreyaya qarşı iqtisadi sanksiyalara riayət etməyin vacib olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi