“Şimali Atlantika Alyansı Ukraynadakı münaqişənin bu ölkənin hüdudlarından kənara çıxmamasını təmin etməlidir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Riqada Latviya prezidenti Eqils Levitslə birgə mətbuat konfransında deyib.
“NATO münaqişənin daha da genişlənməməsi və Ukrayna hüdudlarından kənara yayılmaması üçün cavabdehdir. Moskvanın səhv hesablamalarının olmaması üçün NATO alyansın şərqində mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb, 130 təyyarəmiz yüksək hazırlıq vəziyyətindədir, uzaq şimaldan Aralıq dənizinə qədər 200-dən çox gəmi hazır vəziyyətə gətirilib, bölgəyə minlərlə əlavə hərbi qüvvə yerləşdirilib. NATO alyansın hər qarış ərazisini müdafiə etməyə hazırdır”, - o bildirib.