Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı olub - FOTO

Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı olub - FOTO İsveçin paytaxtı Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı mərasimi olub.
Digər ölkələr
10 Dekabr , 2019 21:46
Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı olub - FOTO

İsveçin paytaxtı Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı mərasimi olub.

“Report” TASS-a istinadən xəbər verir ki, İsveç kralı XVI Karl Qustav Stokholm filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib. On dörd laureat dünyanın ən nüfuzlu mükafatları üzrə diplomları və qızıl medalları monarxdan qəbul ediblər.

Mərasimi Nobel Fondunun idarə heyətinin sədri Karl-Henrik Xeldin açıb. O, dünya ictimaiyyətini elmi metodların müdafiəsinə çağırıb.

Nobel fondu sədrinin açılış çıxışından sonra səhnəyə laureatlar çıxıblar. 2019-cu ilin Nobel mükafatına fiziologiya və tibb üzrə amerikalı Uilyam Kelin Qreqq Semens, həmçinin britaniyalı Piter Retkliff layiq görülüblər. Fizika sahəsində mükafat "fiziki kosmologiyada nəzəri açılışlar"a görə kanadalı Ceyms Piblzuya təqdim olunub. 

Mükafat alanlar arasında həmçinin isveçrəli Mişel MayorDidye Kelo da var. İqtisadiyyat sahəsində bu mükafata fransız Ester Dyuflo layiq görülüb. 

Fiziologiya və tibb sahəsində amerikalı alim Con Qudenof İsveç kralından Nobel mükafatını alıb. 

İqtisadiyyat sahəsində ABŞ iqtisadçısı Maykl Kremer seçilib. 

2019-cu il üzrə Nobel mükafatına kimya sahəsində britaniyalı Stenli Uittinqem və yapon Akir Yosino layiq görülüblər. 

Son xəbərlər

Orphus sistemi